Efiopiyada Qızıl Xaçın əməkdaşı güllələnib

13-01-2024, 17:48

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşı Voldu Areqavi Berha Efiopiyanın şimalındakı Tiqray bölgəsində güllələnib.

Bu barədə komitədən məlumat verilib.

“Təcili tibbi yardım maşınının sürücüsü Qızıl Xaç loqotipi olan avtomobildə olarkən güllələnərək öldürülüb”, - deyə məlumatda bildirilir.

Komitə həkimə konkret kimin hücum etdiyi barədə dəqiq xəbər verməyib.

Qeyd edək ki, Berha 2024-cü ildə BQXK-nın ölən yeddinci nümayəndəsidir.


İstifadəçi paneli