Ev alarkən aldadıldı..

Bu gün, 01:03

Bakı sakini ev alarkən dələduzluğa məruz qaldığını iddia edir

Bakı sakini Demyan Vladimiroviç ev alışı zamanı aldadıldığını bildirir.

İdealmedia.az Xəzər TV-yə istinadən xəbər verir ki, o, mənzil almaq məqsədilə 8 500 manat məbləğində pul verib. Lakin özünü rieltor kimi təqdim edən şəxs pulu aldıqdan sonra yoxa çıxıb.

Zərərçəkənin sözlərinə görə, o, internet saytında gördüyü elan vasitəsilə İsmayıl Əsgərov adlı şəxsə müraciət edib. İddia edilir ki, həmin şəxs onu guya ev sahibi olan Mübariz Həsənovla tanış edib.

Demyan Vladimiroviçin sözlərinə əsasən, ödəniş həyata keçirildikdən sonra məlum olub ki, evin əsl sahibi başqasıdır. Belə ki, evin damını təmir etdirən zaman başqa bir şəxs həmin mənzilin ona məxsus olduğunu bildirib.

Hadisədən sonra təmir üçün çəkilən xərclər geri qaytarılsa da, rieltorlara verilən 8 500 manatı geri almaq mümkün olmayıb. Məsələ ilə bağlı zərərçəkən hüquq-mühafizə orqanlarına müraciət edib.



İstifadəçi paneli