Avropada yeni növ koronavirusa yoluxan və adları açıqlanan futbolçuların sayı 23-ə çatıb.
Bu barədə Asmedia.az xəbər verir ki, infeksiyaya ən çox yoluxma halı İtaliyada qeydə alınıb. Bu ölkədə hazırda 14 oyunçu karantin altındadır.
Bu göstəriciyə görə İspaniya 2-ci, Almaniya isə 3-cüdür.
Koronavirusa yoluxan futbolçular bunlardır:
İtaliya
Daniele Ruqani, Blez Matyudi (hər ikisi "Yuventus"), Herman Pesselye, Patrik Kutrone, Duşan Vlahoviç (hamısı "Fiorentina"), Manolo Qabbyadini, Omar Kopley, Olbin Ekdal, Antonino la Qumina, Morten Torsbi, Fabio Depaoli, Bartoş Bereşinski (hamısı "Sampdoriya"), Mattia Sakanyi ("Verona"), Kinq Pol Akpan Udo ("Pyaneze")
İspaniya
Xose Luis Qaya, Esekyel Qaray, Elyakim Manqala (hamısı "Valensiya"), Jonatas ("Elçe")
Almaniya
Maksimilian Mittelştedt ("Herta"), Luka Kilian ("Paderborn"), Yannes-Kilian Horn, Timo Hübers (hər ikisi "Hannover")
İngiltərə
Kallum Hadson-Odoi ("Çelsi")