Azərbaycanın olimpiya mükafatçısı ölkə çempionu olub

5-12-2021, 14:33

Taekvondo üzrə Azərbaycan çempionatı başa çatıb.

Yarış Sumqayıt Olimpiya İdman Kompleksində gerçəkləşib.

Turnirdə 17 yaşdan yuxarı 100-dək idmançı iştirak edib. Qadınlar arasında Sona Ağayeva (46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova (53 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidova (62 kq) qızıl medal qazanıblar.

Kişilərin yarışında isə Səyyad Dadaşov (54 kq), Pərviz İsgəndərov (58 kq), Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (68 kq), Məhəmməd Məmmədov (74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Xəyyam Ağayev (+87 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, 53 kq çəki dərəcəsində Azərbaycan çempionu olan Patimat Abakarova Rio-2016 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.


İstifadəçi paneli