Oxşar xəbərlər
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsi çərçivəsində "Səbail" və "Zirə" komandaları arasında oyun keçirilib.
Asmedia.az-ın məlumatına görə, "ASCO Arena"da baş tutan qarşılaşmada qol vurulmayıb. Komandalar arasındakı cavab matçı dekabrın 19-da Zirədə keçiriləcək.
Xatırladaq ki, günün ilk görüşündə "Qəbələ" "Sabah"ı 3:0 hesabı ilə məğlub edib. Sabah isə "Neftçi" - Sumqayıt" və "Qarabağ" - "Keşlə" matçları ilə 1/4 final mərhələsində ilk oyunlara yekun vurulacaq.