“Qəbələ” “Sabah”a, “Zirə” “Səbail”ə qarşı

19-12-2019, 15:19

Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşləri keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu gün ilk iki yarımfinalçı bəlli olacaq.
Öncə “Zirə” ilə “Səbail” üz-üzə gələcək. Bu komandalar arasındakı ilk oyunda qapılara qol vurulmayıb.
Günün digər qarşılaşması “Sabah”la “Qəbələ” arasında baş tutacaq. Doğma meydanda 3 cavabsız qola sevinən əyalət təmsilçisi bu cütün aşkar favoritinə çevrilib. Amma paytaxt təmsilçisi də sonadək mübarizə aparmağa çalışacaq.
“Sumqayıt” – “Neftçi” və “Keşlə” – “Qarabağ” oyunları isə sabah baş tutacaq.
Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
19 dekabr
“Zirə” - “Səbail”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 15:00.
İlk oyun – 0:0.
"Sabah" – "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
“Bank Respublika Arena”, 18:00
İlk oyun – 0:3.


İstifadəçi paneli