NİHAD - 1000 YAŞA !

16-04-2020, 13:20

                                                                                                              NİHAD - 1000 YAŞA !
                                                                                                     Günün mübarək, cəsur oglum !.
                                                                                                    Səninlə qürur duyur, fəxr edirəm !.

Səni Xəlq edən Allahıma sonsuz təşəkkür edirəm !.
Əziz oglum özündə bilmədən , hələ 01 ( bir ) yaşın olarkən tarixin yaddaşının yaşıdına çevrildin!
Mənə görə, ermənilərə güllə atdıgıma,narkobaronları,qanqsterləri, korrupsionerləri,sutenerləri,de- şifre etdiyimə görə Sənin toy günündə kəsilmiş pülüyündən öc alıb, şam etdilər !
Məhz sənin toy günündə axşam saat 21: 00- da , tiranın sifarişi, sateillit hay - kimilərin icraçılıgı ilə ədalətin bərqərar olunacagı ünvan xəyanət yuvasına, Nəsimi rayon Məhkəməsi ənənəvi məzhəkəyə çevrilərək , barəmdə həbs qərarı seçmişdir.
Kəmfürsət hayqanuşun hibridləri türklərə qarşı xislətlərini bir daha nümayiş etdirdilər.Qaçaq Nəbinin toyunda da eyni mənzərə yaşanmışdır.Qaçaq Nəbinin həbsində hökumət namusu əldən getmiş İbiş Məmmədəlioğluna sarıldıgı kimi, mənim həbsimdə də təkcə namuslarını deyil, hər şeylərini itirmiş 12 (on iki ) ədəd hərşeyşünas ədədlərlə eyni yalı yalamaqda kompleks yaşamadılar.
Əlbətdə ki, mərdin toyu vay olar.
Torpaqlarımızı , Milli- mənəvi dəyərlərimizi, milli- siyasi kimliyimizi haylara fəda etmiş, Qarabağın- Zəngəzurun, Göyçənin taleyini yaşadan məglub, yalançı,talançı, repressiv rejimdən bundan yaxşı hər hansı gözləntim əsla yoxdur.
De- fakto, de- yure ölkəmizdə bütün sahələr üzrə " islahat" adlı absurdlar, əqidəsini, cismini, el - obasını, ailəsini atmış, atılmış və satılmışların " peşəkar agızları" ilə təşviq olunur.
CƏSUR VƏ ÇEMPİON OĞLUM !
Bu Vətən , bu torpaqlar,AZƏRBAYCAN BİZİMDİR !
Biz mütləq öz el - obamıza- Çiyələkliyə- Zəngəzura- Qubadlıya qayıtmalıyıq.Bilirsən ki, torpağı olmayan millətin heç nəyi yoxdur.
Necə ki, bu gün Azərbaycan Xalqının heç nəyi yoxdur.
Müharibə gedən dövlətdə azadlıq , insan və vətəndaş, hüquq və əsas azadlıqlarının bütün təməl prinsipləri, dəyərləri, namusu, qeyrəti satılır...!!!???
                                                                      ARZULARIM

Ləyaqətli, patriot İnsanların Dövlət - Vətən naminə göstərdikləri xidmətlərə,ifadə və söz azadlıgına görə təqib edilərək sabahlarını " dəmir barmaqlıqlar" arasında qarşılamayan hüquqi - demokratik dövlətin vətəndaşı olmağı arzu edirəm !
Nóvbətçi yaltaloqların "politoloq" blef siyasi mərsiyyələrinin " əlvanlıgından " asılı olmayaraq 162 dùnya dövlətləri arasında insan və vətəndaş, hùquq və əsas azadlıqlarının reytinq cədvəlinə əsasən , axırdan birinci olmayan ölkənin vətəndaşı olmağı arzu edirəm !
Məhkum xanımların ( Lamiyə, Tünzalə) həbsxanada dünyaya atasız uşaq gətirmədiyi, məhkumun hamam suyundan qazandıgı pulla rütubətlənən ( rütbə) və həmin pullarla vəzifə rakurslarına tez- tez transfer ediməyən , cibgirin- cibinə, narkomanın - damarına işləməyən, mundirlərindəki haqq- ədalət tərəzisinin mahiyyətini saxta bazar tərəzisindən ayırd edə bilən, başları mədələşməmiş məmurların təmsil olundugu Ədliyyə Sisteminin mövcud olduğu ölkənin vətəndaşį olmağı arzu edirəm !
- Əxlaqında çox ciddi problemləri olan fahişə və üzdəniraqların hökumətin siyasi ideologiyasının ruporları rolunda çıxış etmək imkanı verilmədiyi AZƏRBAYCANDA yaşamağı arzu edirəm !
-Ermənilər tərəfindən işgal edilərək zəbt edilmiş 55.000 kvadrat kilometr torpaqlarımızın və sonuncu - 1992- ci ildə 1500 nəfərdən artıq cinsi istismar alətinə çevrilmiş Azərbaycanlı qız - gəlinlərin girovluqdan azad olunmaqla, qisaslarının alınacağı Qürurlu- məgrur- bütöv- qalib- müstəqil Azərbaycan Dövlətinin Vətən - daşı olmağı arzu edirəm !
Səni bir daha ad günün münasibətilə təbrik edir, layiq olduğun Qürurlu ömür yaşamağı Allahdan diləyirəm!!!

Allah yar və yardımçın olsun Nihad bəy! Amin !
Böyük Hörmət və sevgilərlə - Atan Nazim İdeal


İstifadəçi paneli