XƏYANƏT YUVASI

15-04-2020, 19:39

NAZİM İDEAL-ın qanunsuzluqlarla bağlı etdiyi müraciətlərin annotasiyası.

XƏYANƏT YUVASI

           Prezidentin  03 aprel 2019-cu il tarixli Fərmanı (Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında) Məhkəmə sistemində Vətəndaşa şok terapiya, hökumətə bumeranq yaşatmaqdadır.

            Ədalətin bərqərar olunacağı ünvanlardan sayılacaq?! AR-in Ali Məhkəməsi – İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarının prinsipini-müdafiəsini-təminatını,simulyasiya-imitasiya-spekulyasiya predmetinə, Məhkəməni məzhəkəyə, xəyanət yuvasına çevrilməsi sonuncu aldığımız ənənəvi cavablara “salyut” oldu.

            Vətəndaşla “Ali Məhkəmə” arasında yaşanan hüquqi müharibənin annotasiyasını diqqətinizə çatdırıram:

  1. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hay-kimi Abdulov Rəşad Məhərrəm oğlunun 18 mart 2019-cu il, iş No.7(103)-215/2019 saylı, Dövlətlə-Vətəndaşla-Qanunla heç bir əlaqəsi olmayan “Qərar”ından 01 may 2019-cu il tarixdə 18 (on səkkiz) səhifədən ibarət etdiyim “Kassasiya şikayəti”nə baxılmamışdan öncə ultimatum gpndərərək: “Kassasiya şikayətini qısa yazın, əks halda baxılmayacaq”.

Totalitarizmin sifətini nümayiş etdirən belə bir yanaşma qismən azad hesab olunan ermənistanda məmur ifadə etsəydi, ən yaxşı halda, layiq olmadığı statusa xitam verilərdi.

Kassasiya şikayətinin 18 səhifə deyil, 1800 səhifə yazmağı şərtləndirəcək faktlar sərhədsizdir. Bu – savadsız məmur heyvərəlikləri-gestopizm-anarxizm-amoralizm-rüşvət-korrupsiyadır! 

Şübhəsiz ki, Məhkəmədən bu və ya digər halda haqq-ədalət-obyektivlik gözləmirəm və bu mümkün də deyil. Çünki, qarşı tərəflər hakimiyyət resurslu Konsentrik dairələrin uzantılarındandır!

Lakin, Məhkəmə Dövlətə-Vətəndaşa-Konvensiyanın müddəalarına deyil, ən azı Ana Qanun adlandırılan Konstitusiyanın 8, 12, 24, 25, 26, 60, 68, 71, 74, 80, 125, 147, 149, 151-ci maddələrinə analarına olan hörmət və sayqılarını sərgiləsələr təqdirəlayiq olardı.

Bilinsin ki, Milli və Beynəlxalq qanunvericiliyin heç bir müddəasında “şikayət”in geniş və ya qısa olması barədə müddəa mövcud deyil.

Əksinə, şikayət vermək hüququ şəxsiyyətin hüquqi statusunu təşkil edən hüquq və vəzifələrin ayrılmaz hissəsi olmaqla dövlət fəaliyyətinin heç bir sahəsində qanunvericiliklə birbaşa nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırılmamalı və dövlət hakimiyyət orqanları və ya onların vəzifəli şəxsləri ilə münasibətlərə girən hər bir insan üçün təmin olunmalıdır. Başlıcası – hüququn və qanuni maraqların təmin olunmasından imtina, şikayətin mahiyyətcə həll edilməsi üçün lazımi tədbirləri görməli olan, lakin bunu etməyən orqan və ya vəzifəli şəxslərin hərəkətlərindən şikayət verilməsinə əsas yaradır.

Bunu bimək və ya dərk etmək üçün rüşvət çəlləyində qıcqırmış, savadsız, başı mədələşmiş məmur deyil, vicdanlı vətəndaş olması yetərlidir..!!! 

  1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının haykimi Eyvazov Rəfael Əmir oğlunun 24 oktyabr 2018-ci il tarixli, No.2(103)9486/20108 saylı, qondarma “Qətnamə”si ünvanıma 19 yanvar 2019-cu il tarixdə daxil olmuşdur. Kazus-kayota qətnamədən 25 fevral 2019-cu il tarixdə “Kassasiya şikayəti” verilmişdir.

Kassasiya şikayətini geşikdirməkdə suçlayan “Ali Məhkəmə” müddətin bərpası üçün vəsatət tələb edir ki, bu da rüsvayçılığın-həyasızlığın ataloqu olmayan sifətlərindəndir.

Prossesual qanunvericiliyin tələblərinə uyğun etdiyimiz “kassasiya şikayəti”ndə hər hansı pozuntuya yol verilməmişdir. Cavabdeh baronessaların sifarişi üzrə simulyasiya dəbilqəsinə bürünən Məhkəmə başa düşməlidir ki, Məhkəmə qərarlarını tərəflərə vaxtında göndərmək hakimin vəzifə borcudur. İddiaçının və ya cavabdehin iradəsindən asılı deyil.

De-fakto, de-yure təkcə ölkə vətəndaşları deyil, eyni zamanda bütün dünya çox yaxşı bilir ki, AR-da “Rüşvət – siyasi sifariş ədalətin təməli və təntənəsidir”!!!

AR-sı Konstitusiyasının 8,12, 24, 25, 26, 60, 68, 71, 74, 80, 125, 127, 147, 149, 151-ci maddələrini rəhbər tutaraq, İnsan və Vətəndaş hüquqlarımızın təməl prinsiplərinin işğaldan azad edilib tanınması üzrə Bakı Apellyasiya Məhkəməsinin 18.03.2018-ci il tarixli, No.07(103)-215/2019 saylı və 24.10.2018-ci il tarixli, No.2(103)9486/2018 saylı qərarlarından Ali Məhkəməyə etdiyimiz “Kassasiya şikayət”ləri bürokratizmsiz-rüşvətsiz-siyasi sifarişsiz icraata qəbul edilməsi, ədalətin bərqərar olunacağı ünvanın ənənəvi xəyanət yuvasına çevrilməməsi naminə Ali İradə sərgiləməyi Sizdən xahiş edirəm! 



İstifadəçi paneli