Qarabağ Qazisinin taleyi erməni hibridlərinin səlahiyyətində!!!

14-12-2019, 12:10

Prezidentə qarşı ənənəvi xəyanət insanlığı tanımır! 

Prezident İlham Əliyevin Penitensiar sistemdə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı imzaladığı 10.02.2017-ci il tarixli sərəncamı və məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi adlı 03.04.2019-cu il tarixli sərəncamı rüşvətxorluğa, korrupsiyaya, məmur dərəbəyliklərinə qol-qanad versə də, insan və vətəndaş hüquq və əsas azadlıqlarına şok terapiya yaşatmaqdadır.

11 ildir ki, tiranın siyasi sifarişi ilə, marginal orqanların arsenalındakı istifadə limiti bitmiş 12 ədəd sahibsiz şərin dişilərinin ağızlarına hesablanmış ehtimal və mülahizələrlə konslager-bazar təyinatlı Azərbaycan həbsxanalarında girov saxlanılan vicdan məhbusu, Qarabağ Qazisi, “İdeal” Media Qrupun rəhbəri Nazim Quliyevə qarşı geniş hakimiyyət viruslu osminoqun qisasçılıq vektoru indi də dövlətçilik, qanunçuluq məfkurəsinə mutasiya etməkdədir.

Heç bir hörmətə və nüfuza malik olmayan, yalnız kriminal korrupsioner məmurların dəbilqəsi, al-ver predmetinə çevrilmiş qanunçuluğun, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı, Cinayət Prosessual Məcəllənin 513-cü maddələrinə əsasən Nazim Quliyevin girovluq müddətinin 1/3, 2/3, 3/4 hissəsi başa çatsa da, onu icra etməyə məsul olan, mundirindəki haqq-ədalət tərəzisinin mahiyyətini saxta bazar tərəzisindən ayırd edə bilməyən, başları mədələşmiş cinayətkar birliklərə hələ də çatmayıb. 

12.12.2019-cu il tarixdə vaxtı çatmış şəxslərin məhkəməyə təqdim edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində təşkil edilmiş, korporativ maraqlara xidmət edən, qeyri-leqal komissiya və üzvləri Nazim bəylə yanaşı 12 nəfər digər şəxsləri də qəbul etmişlər. Sabahısı gün, yani 13.12.2019-cu il tarixdə komissiya formal monitor vasitəsilə dinləmələr (sorğu-sual) keçirməli olsa da, keçirməmiş və şifahi olaraq 12 nəfərə komissiya tərəfindən müsbət rəy verildiyi bildirilsə də, rəhbərlik Nazim Quliyevin adının siyahıdan çıxarıldığını bəyan etmişdir.
Nazim Quliyev komissiyanın rəyi qanunvericiliklə heç bir hüquqi-normativ aktla qeyd edilmədiyini və məhkəməyə müraciət edəcəyini deyərkən girov saxlanıldığı 1 saylı CÇM rəhbərliyi bildirmişdir ki, o zaman biz barənizdə müsbət xarakteristika verə bilməyəcəyik. Nə edək ki, biz buyruq qullarıyıq, deyə ifadə etmişlər.

Sözsüz ki, ölkəmizdə məhkəmələrin müstəqil olmadığı, iflic vəziyyətə salındığı təkcə vətəndaşlara deyil, benəlxalq aləmə də məlumdur. 
İnsan və vətəndaş hüquq və əsas azadlıqlarının və məhkəmə müstəqilliyinin təminatçısı Prezident İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban Əliyevaya müraciət edilən yolları isə cəngəllik basmışdır.

BMT-nin 4 Qətnaməsini ermənilər icra etmədiyi kimi, Azərbaycan Qanunlarının da məmurlar tərəfindən icra olunmaması paranomikdir. 
Paradoksaldır – kimə müraciət edək ki, Prezidentin sərəncamları, qanunlarımız, insan və vətəndaş hüquq və əsas azadlıqlarımız uğrunda qanımızdan və canımızdan keçdiyimiz Azərbaycanda da tanınsın.

Bütün bu anarxiyanın günahkarı kimi Boka Saakyan və ya Nikol Paşinyanı günahlandırmaq doğru olmazdı. İçimizdəki izmilərdən xilas olmalıyıq!
Nazim Quliyevə qarşı sərgilənən faşizm, ermənizm, despotizm fəlsəfəsi üzrə müdafiə komitəsi və onu sevənlər super güclərdən və hüquqi-demokratik dövlətlərdən kömək istəmək əzmilə müraciət ünvanlamışdır.

Nazim Quliyevi müdafiə komitəsi: LEYLA ƏLİYEVA


İstifadəçi paneli