Azadlıq - konsentrik dairələrin "dobro"sunu gözləyir

26-12-2019, 12:02

Girovluqda saxlanılan vicdan məhbusu, Qarabağ Qazisi, “İdeal” Media Qrupunun rəhbəri Nazim Quliyevin anası Minurə Quliyeva Prezident İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban Əliyevaya müraciət etmişidir.
Müraciətdə deyilir:
            “Hörmətli Cənab Prezident! Hörmətli Mehriban xanım!
28 ildir ki, Vətənimiz Qubadlı, 11-ci ildir ki,  Ailəmizin dolanışığını təmin edəcək övladım – vicdan məhbusu, Qarabağ qazisi, “İdeal” Media qrupunun rəhbəri Nazim Quliyev işğalda və girovluqdadır.
 
Hüquqi bazası 12 ədəd ləyaqətsiz və abırsız – cəmiyyətin yaxşı tanıdığı “qadınlar”dan təşkil edən sifarişçi və marginal orqanlar Nazim Quliyevin isterikasından qurtula bilmədiyi halda dərin dövlətin məfkurəsini korporativ maraqlarına necə fəda edə bilirlər? 
Necə ola bilir ki, ən ağır cinayətlərə müəlliflik etmiş xainlər, qanqsterlər, narkobaronlar, o cümlədən Azərbaycan polisinin simvolu Haci Məmmədovun cinayət ortaqları Zakir Nəsirov, Kamil Sədrəddinov, vətən xaini maddəsi ilə ittiham olunan Leyla + Arif Yunuslar, Rauf Mirqədirov və yüzlərlə belələri ömürlükdən 5-10 il yerdə qalmış cəzadan azad edildiyi halda, Sizi, Ailə üzvlərinizi təhqir, təzyiqdən xilas edən övladım Nazim Telman oğlu Quliyev törətmədiyi cinayətə görə, ehtimal-mülahizələrlə həbsxanaların karserlərində faşizm-totalitarizm işğəncələrinə məruz qaldığı halda girovluqdan azad etmək olmur??
Nazim Quliyevin baxışları-əqidəsi-passionar patriotluğu-ədalətliliyi-haqqın və haqlının sözcüsü olması, hakimiyyətdəki məlum erməni kökənli konsentrik dairələrdə diskomfort yaradırsa, Qubadlısız 28 il yaşadığımız kimi, canımız Azərbaycansız da ömürlük keçinməyə ailəliklə hazırıq. Yetər ki, oğluma qarşı repressiyalar, inkvizisiyalar, diskriminasiyalar durdurulsun və girovluqdan azad edilsin!
Anarxizm kontekstində, siyasi sifarişçi-tiranın dövlət, prezident və qanunlar üzərində dominantlığını, Nazim Quliyevin Dövlət-Vətən uğrunda xidmətlərini, tələb olunan azadlıq haqqını (rüşvət) ödəmək imkansızlığını nəzərə alıb, ona verilmiış 14 illik həbs cəzasının yerdə qalmış 11 aylıq cəzadan vaxtından əvvəl azad olunması istiqamətində Ali iradə sərgiləməyi Sizdən xahiş edirəm”.

P.S. Nazim İdela qarşı sərgilənən faşizmin başlıca səbəbi onun ermənilərə qarşı vuruşmağı, Qarabağı, Zəngəzuru unutdurmamağı, Millət, Türk adına rüsvayçılıq səhnəsinə çevrilmiş kriminal korrupsioner dairələri və arxalarına arxa olduqları fahişə-fərari naxırlarını de-şifre etməsidir!


İstifadəçi paneli