Parlament seçkilərində 1321 deputatlığa namizəd mübarizə aparacaq

6-02-2020, 11:28

Mərkəzi Seçki Komissiyasının (MSK) saytından verilən məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 315 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK 1 nəfərin deputatlığa namizədliyini ləğv edilib.

Hazırda deputatlığa namizədlərin sayı 1321 nəfərdir.

Qeyd edək ki, fevralın 5-də Mərkəzi Seçki Komissiyası 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.


İstifadəçi paneli