Pərəstişkarının sevgilisi müğənnini təhqir etdi

15-01-2021, 10:28

Türkiyənin məşhur müğənnisi Rafet El Romandan xəbər var.

Roman Mersində ticarət mərkəzlərinin birində konsert verib. Konsert zamanı müğənninin pərəstişkarı olan Sümeyye A. onu səsini dinləməyə məcbur edib. Səsi dinləyən Roman, "Səsiniz çox pisdir",- deyə pərəstişkarına bildirib. Qısa zamandan sonra qızın sevgilisi müğənniyə zəng edərək onu təhdid və təhqir edib.

Qızın sevgilisinin ona telefonla zəng vuraraq hədələdiyini söyləyən müğənni prokurorluğa gedərək şikayət edib. Prokurorluq istintaq işlərini başladıb. 


İstifadəçi paneli