Azərbaycan nefti 63 dollara çatır

13-02-2021, 12:35

Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,9% artaraq 62,77 dollar təşkil edib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,11% artaraq 62,43 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,23 % bahalaşaraq 59,47 dollar olub.


İstifadəçi paneli