SEPAH ABŞ-ı hədələdi: Bu yolları bağlayacağıq!

24-12-2023, 10:54

Aralıq dənizində su nəqliyyatına problemlər yaradacağıq.

Asmedia xəbər verir ki, bunu SEPAH-ın koordinasiya məsələləri üzrə komandir müavini Məhəmmədrza Nəğdi deyib.

“ABŞ Aralıq dənizinin bağlanmasını gözləməlidir. Bab əl-Məndəb və Qırmızı dənizdən sonra Aralıq dənizi, Cəbəllütariq və digər su yolları da bağlanacaq", - Nəğdi təhdid edib.

Qeyd edək ki, son günlər İrana bağlı Yəmənin Husi silahlı qruplaşması Qırmızı dənizdə gəmilərə hücumlarını artırıb.


İstifadəçi paneli