Baş redaktorun anası dövlət başçısı cənab İlham Əliyevə, Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya tərkarən müraciət etdi. Müraciətdə deyilir: “Prezidentin ümummilli maraqlara söykənən məqsədyönlü siyasəti üzərində - rüşvət-despotizm rəqsi oynayan ƏNPX-in qanundan və dövlətdən kənar soyğunçu komissiyası övladım, prezident təqaüdçüsü (Qarabağ müharibə veteranı) İDEAL Media Qrupun rəhbəri 11 ildir ki, girovluqda saxlanılan Nazim Quliyevin yerdə qalmış 11 ay cəzadan azad olması ilə bağlı 12.12.2019-cu ildə 1 saylı CÇM-də 13 nəfərdən biri olaraq komissiyadan keçdiyi elan olunsa da, sabahı günü 13.12.2019-cu il tarixdə diskriminasiya, ikili standartlar, Prezident, Dövlət, Qanunlar üzərində məmur heyvələriliyi dominantlıq təşkil etmişdir. Sizdə faşizmə, diskriminasiyaya, ikili standartlara, məmur dərəbəyliklərinə, rüşvətə “dur” deyib övladımın İdeal jurnalistin şəhid və I Qrup Qarabağ əlilinin rəsmi qəyyumçusu hazırda 1 saylı CŞM-də girov saxlanılan Nazim Quliyevin girovluqdan azad edilməsi üzrə ədalətli, təxirəsalınmaz tədbirlər görməyi Sizdən təkrarən xahiş edirəm.”
Quliyeva Minurə Əbiş qızı